19 Mart 2018 09:00
5 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər övladı özünə sığınacaq yaratmağa başlayandan onun formasına, gözəlliyinə diqqət yetirib. Dünya memarlığında axtarışlar bu gün də davam edir.

Teleqraf.com qeyri-adi və qəribə evlərlə bağlı görüntü və məlumatları təqdim edir:

1) Belarusda biznesmen Sergey Kovalın maraqlı, qeyri-adi dizaynla düzəldilmiş evi.

Burada hər şey var: Vladimir Vısotski, Miskevica şeiri, qəzəbli köpək, əjdaha yumurtaları, meşənin ruhu və “spirt quyusu”...

2) 16 kvadrat metrlik sahədən ibarət, hər şəraiti olan kiçik ev.

Bu evin layihəsini alman memar hazırlayıb. Ümumi sahəsi 16 kvadrat metr olan evin hündürlüyü sayəsində yuxarı hissədə yataq otağı düzəldilib.

3) Ən türkürpədici, vahiməli ev.

Şeytanlar, kəllələr, sirli simvollarla əhatə olunmuş bu evin sahibi inşaat işlərinin davam etdiyini və 1 il sonra onun daha qorxunc forma alacağını bildirib.

4) Hibbit kəndi və onun ilk sakini.

Bir oğlan Belarusun uzaq bir kəndinə gəlib, ağacdan və gildən özünə havayı ev tikib. O, bütün ilboyu burda yaşayır. Qışı olduqca rahat şəraitdə keçirdiyini deyir.

Bura dizdən yuxarı qar yağır, yollarda hərəkət çətinləşir. Gecələr çovğun və güclü şaxtaya baxmayaraq, ev isti olur.

5) Ölən ixtiraçının mistik evi.

Belarusun Rakov bölgəsi ətrafında yerləşən qarla örtülü, gözə çarpmayan kənddəki evin sahibi ölüb.

Həmin evə ekzotik heyvan və bitkilərin, nəhəng həşəratların, insan və canavarların şəkilləri çəkilib.

Ev sahibi yanğın zamanı öldüyü üçün bura uzun müddət yiyəsiz qalıb, qorxulu, vahiməli bir yerə çevrilib. Sonra bura satılıb. Hələlik sökülmədiyi üçün ev öz görünüşü ilə diqqəti çəkir.

6) Zibildən hazırlanan köşk.

90-ci illərdə İncəsənət Universitetini bitirəndən sonra Snov Aleq çör-çöp, daş və gildən özünə atelye tikmək qərarına gəlib. Bu tikintidə o, maşınların köhnə hissələrindən də istifadə edib.

O ev indi 3 mərtəbəli saraydır.


Müəllif: Günay Əli

Oxşar xəbərlər