20 Mart 2018 17:05
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərini gözəlləşdirən qidalar sırasında omeqa-3 vitamini də iştirak edir. Bu baxımdan düzgün qida rasionunda bu əlavələri nəzərə almaq əhəmiyyətlidir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, omeqa-3 daha çox dərinin gözəlliyini uzun illər qorumağa kömək edir. Həmçinin, qan dövranını yaxşılaşdırmağa təsirlidir.

Tərkibi vitamin və minerallarla zəngin olan qidalarda cildi gözəlləşdirir. Antioksidant təsiri ilə qırışları düzəltməyə xeyirlidir.

Dərinizi cavanlaşdırıb, qidalara bunlar da daxildir:

Kök: Yüngül turşulu dərilərdə bakteriya az olur. Kök dərinin PH dərəcəsini (turşuluq miqdarı) nizamlayır və bakteriyalardan qoruyur.

Avokado: Zeytunyağı kimi doymamış yağla zəngin olan bu meyvə eyni zamanda dəriyə müsbət təsir edən B qrupu vitaminlərinin ən yaxşı qaynağıdır.

Paxla: Antioksidantla zəngin olan paxlalar dərinin qırışmasını gecikdirir və dərinin cavan qalmasına kömək edir.

Üzüm: Üzümün içindəki antioksidantlar həm infarkt riskindən qoruyur, həm də dəri sallanmalarına qarşı anti-aging təsiri göstərir.

Su: Dərinin canlı və gözəl olması üçün lazım olan nəmi təmin edir.

Bundan əlavə, müxtəlif növ tərəvəzlər də üz dərisinə kömək edir.


Müəllif: Sara

Oxşar xəbərlər