"Okeanlar üçün danışıqlar" qeyri-hökumət təşkilatı okeanların təmizlənməsi ilə bağlı həyata keçirdiyi layihəsinin nəticələrini açıqlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, son bir il ərzində okeanlardan yığılan plastik tullantıları "Adidas" şirkətinə təqdim edilib.
Həmin tullantılardan 1 milyon ayaqqabı hazırlanıb.
Şirkətdən verilən məlumatlara görə, bir ayaqqabının hazırlanması üçün 11 plastik butulkadan istifadə edilib.
Qeyd edək ki, layihə 2016-cı ilin sonlarında hazırlanıb.