Türkiyənin Sakarya şəhərində qəribə hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, xəstəxanada dünyasını dəyişən 68 yaşlı Əminə Uğurun yaxınları onu dəfn etmək üçün qəbiristanlığa gətiriblər. Lakin tabutu açınca onun boş olduğunu görən insanlar şoka düşüblər. Daha sonra qadının nəşinin işçilərin diqqətsizliyi səbəbindən morqda unudulduğu aydın olub.