5 Aprel 2018 09:27
1 756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Feysbuk istifadəçiləri xərçəng riski yaşayır.

Teleqraf.com xəbər verir ki, "Sosial Psixologiya" jurnalının təsisçisi Erik Vanman və onun həmkarları bu barədə elmi araşdırma aparıb.

Tədqiqatçılar inanılmaz bir nəticəyə gəlib. Hətta Feysbukdan 5 günlük imtina xərçəngin qanda yaranmasına səbəb olan ən güclü stress hormonu kortizolun səviyyəsinin aşağı düşməsinə səbəb olub.

Erik Vanman 10 il aktiv internet istifadəçisi olub. Amma bir gün Erik və onun həmkarları sosial şəbəkədən bir neçə gün uzaq olmaqla insanın özünü nə qədər yaxşı hiss etməsinin fərqinə varıblar.

Buna görə də onlar maraqlı eksperiment keçirtmək qərarına gəliblər.

Erik və onun həmkarları könüllü aktiv Feysbuk istifadəçiləri seçərək, onları iki qrupa bölüblər: 1-ci qrupa 5 gün ərzində Feysbukdan istifadə etməmək tapşırılıb. 2-ci qrupa isə hər zaman olduğu kimi sosial şəbəkədən istifadə etmələri bildirilib.

Sınağın nəticəsi tədqiqatçıların da böyük təəccübünə səbəb olub.

Bu sosial şəbəkədən 5 gün imtina edən qrupda həyatdan razılıq, əhval yüksəkliyi, təklik duyğusunun aradan qalxması və digər müsbət psixoloji dəyişikliklər, qanında kortizolun səviyyəsində kəskin azalma müşahidə edilib.

Digər qrup üzvlərinin isə bu stress hormonu əvvəlki kimi yüksək səviyyədə olub.

Erik Vanman və onun komandası xəbərdarlıq edir ki, bu fantastik nəticəyə baxmayaraq, ciddi kəşf hesab edilə bilməz. Lakin bu səthi araşdırma da olsa, sosial şəbəkələrin insan orqanızminə mənfi təsir etdiyi, xərçəngin yaranması və inkişafına səbəb olduğu bəlli olur.

Bəlkə də buna görə dünyada son dövrlər xərçəng xəstəliyi və dəhşətli ölümlər kəskin artıb.

Axı, məşhur sosial şəbəkələrdə bu gün milyardlarla insan “oturur”...

Qeyd edək ki, Feysbukun insan orqanizminə təsirini tam anlamaq üçün dərin biyokimyəvi analizlər aparmaq lazımdır. Həm də bu təcrübəyə, Tvitter və internetin digər məşhur sosial şəbəkələri də daxil edilməlidir.


Müəllif: Günay Əli

Oxşar xəbərlər