7 Aprel 2018 23:27
3 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiprli fotomodel qaşlarına görə ölümlı təhdid edilir.

Teleqraf.com xəbər verir ki, Kiprdən olan Sofiya Hacıpanteli bu təhdidlərə fikir vermədən öz işinə davam edir.

ABŞ-ın Merilend Universitetində marketinq üzrə təhsil alan Sofiya Hacıpanteli gözəl görünüşü ilə diqqəti özünə çəkir. Saçları sarı, qaşları isə qara olan Sofiya aldığı ölüm təhdidlərinə baxmayaraq, bir çox firmadan təklif də alıb.

Sofiya sosial mediada ünvanına yazılan hədə-qorxu dolu təhdidlərə fikir vermədən bu yolda irəliləyəcəyini söyləyir: "Məni təhdid edən insanlar özləri də bilmədən mənə dəstək oldular. Şəkillərimi paylaşdılar ki, bu da mənim tanınmağıma, izləyici yığmağıma böyük təkan verdi".

Sofiya özünü ən gözəl və xoşbəxt xanım hesab edir.


Müəllif: Natiq Həziquliyev

Oxşar xəbərlər