10 Aprel 2018 19:16
4 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kainatda yadplanetlilərin yaşadığını sübut edən yeni dəlillər ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bir qrup amerikalı alim fərqli bir laboratoriya tədqiqatı aparıb.

Nəticədə ən uzaq planetlərdə şüurlu varlıqların yaşadığı təsdiqlənib. Bu barədə “Təbiət astronomiyası” nəşri məlumat yayıb.

Nəşrdə qeyd edilib ki, Cons Xopkins Universitetinin professoru Sara Hurst və onun həmkarları uzaq ekzoplanetlərdə atmosferi modelləşdirən laboratoriya işi aparıblar.

Hurstun tədqiqatı göstərir ki, həmin planetlərin atmosferində həyat üçün zəruri olan qazlar, yəni karbon dioksidi, hidrogen və helium, həmçinin dəm qazı, metan və azot mövcuddur.

Beləliklə, Hurst kainatda həyat olan yeganə planetin Yer olmadığını iddia edir.

Qeyd edək ki, hətta ən güclü teleskoplar belə kosmik dumana görə yadplanetlilərin mövcudluğunu tam sübuta yetirə bilmir. Bu səbəbdən həyat potensialı olan planetlər alimlərin diqqətindən kənarda qalır.


Müəllif: Günay Əli

Oxşar xəbərlər