Britaniyanın Droylsden şəhərində külək soyğunçuların əldə etdikləri pulları "əllərindən alıb".
Teleqraf.com xəbər verir ki, hadisəsi martın 17-də baş verib. İki nəfər turizm agentliyinin işçilərini hədələyərək pulları götürüb.
Hadisə yerindən qaçan zamanı soyğunçulardan biri oğurlanmış pulları şalvarında gizlədib. Lakin güclü külək nəticəsində əsginaslar küçəyə səpələnib. Cinayətkar pulları yığmayaraq hadisə yerindən qaçıb.
Hazırda polis şübhəli şəxslərin axtarışını davam etdirir.