16 May 2018 22:05
3 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kəmər turizm bölgəsində beş ulduzlu otellərdən birində qalan rus turistin çantasından çıxanlar hər kəsi təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, oteli tərk edib Rusiyaya dönmək istəyən qadının çantasında oğurluq əşyaların olmasından şübhələnən görəvlilər çantanı açdırmağa məcbur olublar.

Çantadan çıxan tualet kağızı, şampun, sabun, yaşıl çay paketləri kimi əşyalar görəvliləri şoka salıb.

"Bu əşyalar nəyinə lazımdır" sualına qadın "uşaqlarımın doğum günüdür, onlara aparıram" cavabını verib.


Müəllif: Teleqraf.com