16 May 2018 23:48
9 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina Futbol Federasiyasının (AFA) Rusiyada keçiriləcək Dünya Çempionatı ilə bağlı hazırladığı kitabça səs-küyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, kitabçada Rusiyaya gedəcək argentinalı kişilər üçün "rus qadınla birlikdə olmaq imkanı qazanmaq üçün nə etməli" başlığı altında məsləhətlər yer alıb.

Kitabça cəmiyyətdə narazılıq doğurub və AFA-ya qarşı kampaniyaya səbəb olub. AFA kitabçanın yayımdan yığışdırılması barədə qərar verib.

Kitabçada aşağıdakı məsləhətlər yer alıb.

- Rus qızlar darıxdırıcı kişiləri sevmirlər. Danışmağa mövzu tapmasanız, ölkənin adət-ənənələri, gündəlik yaşam tərzindən bəhs etməklə sükutu aradan qaldırmağa çalışın.

- Rus qızları əldə etmək üçün niyyətini açıqla və pulunun olduğunu onlara de.

- Rus qızlar təmizliyə, geyimə, ətirə diqqət edirlər. Onlar üçün ilk təəssürat çox önəmlidir.

- Rus qızlarla potensial yataq partnyoru kimi davranmayın. Onlar bundan xoşlanmırlar. Fərqli və önəmli olduqlarını qabardın.

- Onların dəyərlərinə və istəklərinə sayqı göstərin. Seks haqqında axmaqca suallar verməyin. Ruslar üçün seks intim məsələdir və açıq şəkildə danışmağı xoşlamazlar.

- Rus qızlar pessimist və ancaq neqatib şeyləri düşünən oğlanları sevməzlər.

- Şablon suallar verməyin, fərqli olun. Sizi daha yaxşı tanımaq istəyəcəklər. Suallarını cavabsız qoymayın.

- Qonaq olduğunuz üçün rus kişilərə hörmət bəsləməlisiniz. Özünüzə güvənin.


Müəllif: Teleqraf.com