17 May 2018 21:38
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistanda yaşayan Koku İstanbulovanın 129 yaşı var. İngiltərənin "Daily Mail" qəzetinin yazdığına görə, o, dünyanın ən yaşlı qadınıdır.

Koku İstanbulova jurnalistlərlə söhbətində "heç özüm də bilmirəm ki, niyə bu qədər çox yaşamışam", deyə bildirib.

1889-cu il təvəllüdlü qadın iyulun 1-də 130 yaşını qeyd edəcək.

"Dünyada heç xöşbəxt günüm olmadı" deyən qocanın Çar Rusiyası devriləndə 27 yaşı olub.

O, İkinci Dünya müharibəsində alman tanklarının Çeçenistana necə daxil olmasının şəxsən şahidi olub. Stalinin almanlara işlədiyi iddiası ilə Sibir və Qazaxıstana sürgün etdirdiyi çeçenlərdən biri olan İstanbulova 1953-cü ildən sonra öz el-obasına qayıdıb.


Müəllif: Ayxan