22 May 2018 09:37
4 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süleyman Dəmirəlin xanımı Nəzmiyyə Dəmirəlin casusluq fəaliyyətilə məşğul olduğu üzə çıxıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Nəzmiyyə Dəmrəl Süleyman Dəmrəlin təşəbbüsü ilə casus kimi işə cəlb edilib, lakin ilk fəaliyyəti uğursuz olub.

Türkiyənin siyasi tarixinə öz möhürünü vuran Süleyman Dəmrəl cümə gününü heç sevmirmiş. Çünki ordu tarixən cümə günü çevrilişlər həyata keçirib.

11 mart 1971-ci ildə Baş nazir Dəmirəl Nazirlər Kabinetinin inzibati binasındakı otağında əyləşir, amma əhvalı heç yaxşı deyildi. Dəmirəl ölkədə tələbə etirazlarının davam etməsi, iqtisadi islahatların istədiyi kimi getməməsi, ordu daxilindəki problemlər haqda düşünür, MİT-in sanki proseslərdən kənarda dayanması, MİT rəhbəri Fuad Doğu real durumla bağlı baş nazirə informasiya verməməsindən narahatlıq keçirir.

Dəmirəl qanı qara halda nahar yeməyindən əvvəl evinə yollanır. Evində həm bəzi hesabatlara diqqət edəcək, həm də MİT rəhbəri Fuad Doğu ilə söhbət edəcəkdi.

Evinə daxil olan S. Dəmirəli xanımı Nəzmiyyə Dəmirəl çox gülərüzlə qarşılayır. Dəmirəl birinci mərtəbədəki kabinetinə çəkilərək işləməyə üstünlük verir. Az sonra Nəzmiyyə onun otağına daxil olur.

Əlini işdən saxlayan Dəmirəl xanımına bir qədər narahat olduğunu deyir.

“Nəzmiyyə xanım, ordu daxilində bir şeylər baş verir, ancaq biz bu haqda məlumat əldə edə bilmirik. Fuad Doğu da bizə lazımsız məlumatlar verir. Tağmaç Paşanın xanımı komandan xanımlarına qonaqlıq verir. Havadan iyi duymaq üçün sən bu yemək ziyafətinə qatılsan yaxşı olar. Bax gör, qonaqlıda ilginc bir şeylər öyrənə bilirsənmi?”,-deyə Süleyman Dəmrəl xanımı Nəzmiyyə Dəmirələ əməkdaşlıq təklif edir.

Nəzmiyyə xanım isə ərinin bu təklifini dərhal qəbul edərək Baş Qərargaha zəng edir və yemək süfrəsində iştirak edəcəyini bildirir.

Dəmirəl xanımının ziyafətdən qayıtmasını gözləyərkən vacib hesab etdiyi bir neçə sənədi gözdən keçirir. 3-4 saatdan sonra Nəzmiyyə xanım ziyafətdən qayıdır. Nəzmiyyə xanım Dəmirələ bildirir ki, hər şey qaydasında və vəziyyət stabildir. Süleyman Dəmirəl bir az rahatlasa da, məntiqi ona deyir ki, vəziyyəti araşdırmaqda davam etsin.

Nahardan sonra da rəsmi iş yerinə getməyən S.Dəmirəl gecəni evində işləyərək başa vurur, bəzi nazirlərinə həyata keçirilən proyektlərlə bağlı məsləhətini verir.

Səhər bir qədər gec oyanan Dəmirəl ənənəyə əsasən avtomobilinə əyləşərək cümə namazı üçün Maltəpə məscidinə gedərdi. Lakin saat 11.00-da MİT rəhbəri Fuad Doğudan zəng gəlir. Fuad Doğu tabe olduğu baş nazir Dəmirəlin halını belə soruşmadan mövzu haqqında danışır, bildirir ki, prezident Cevdət Sunay onun istefasını gözləyir. Dəmirəl dərhal anlayır ki, prezident baş naziri dəvət edib onun istefa ərizəsini almağı arzulamır. Bu məqsədlə MİT rəhbərini vasitəçi tutaraq ondan istefasını istəyir. Dəmirəl MİT rəhbərinə deyir ki, məsələni nazirlər və dostları ilə müzakirə edəcək.

Fuad Doğu isə baş nazirə bildirir ki, generalların hazırladığı müraciət TRT-dən oxunacaq.

İstefa verməmək məsələsində Süleyman Dəmirəl dirənmir. TRT saat 13:00-da Türk ordusunun müraciətini oxuyur. Ordu bəyan edir ki, hakimiyyətə əl qoyaraq qardaş qırğınının qarşısını alıb. Yeni hökuməti qurmaq vəzifəsi isə CHP-dən istefa edərək müstəqil deputat olan Nihat Erimə verilir.


Müəllif: Cavad