22 May 2018 22:42
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çilidə uşaqlıq illərində katolik din adamı tərəfindən cinsi zorakılığa məruz qalmış Xuan Karlus Kruz keçən ay Vatikanda Papa Frensislə görüşündən danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində o, ilginc məqamları açıqlayıb.
Xuan Karlus Kruz Papaya onu zorlamış din adamı Fernando Karadimanıdan şikayət etdiyini bildirib və qeyd edib ki, bu hadisəyə görə Çilidəki kilsələr onu “manyak” kimi qəbul edirlər:

“Papaya mənim haqqımda xoş sözlər deməyiblər. Mənsə ona ruhani olmadığımı, amma pis adam da olmadığımı dedim. Papa mənə dedi ki, Xuan Karlos, homoseksual olub-olmamağın önəmli deyil. Tanrı səni belə yaradıb, səni belə sevir, mənim üçün də bunun əhəmiyyəti yoxdur, Papa da səni belə sevir, olduğun kimi xoşbəxt yaşamalısan.
Papa onu bağışlamağımı istədi. Həmçinin kilsənin adından da məndən üzr istədi”.


Müəllif: Mənsur Rəğbətoğlu