23 May 2018 01:12
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransalı Jerome Hamon ikinci dəfə üzünü dəyişib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı fransız əməliyyatdan sonra 20 yaş cavanlaşıb.

Jeromenin üzü uşaq vaxtı qaynar su tökülməsi nəticəsində deformasiyaya uğrayıb. Ona ilk üz 6 il öncə köçürülüb. Ancaq 2 il əvvəl problemlər başlayıb. Dərman qəbuluna baxmayaraq bədən üzü rədd edib. Hətta üzün bəzi hissələrində çürümə də olub. Bu səbəbdən köçürlən üz çıxarılıb və Hamon günlərlə xəstəxanada üzsüz yaşamağa məcbur olub.

Uzun axtarışlardan sonra qəza nəticəsində həlak olmuş 22 yaşlı tələbənin göstəriciləri ona uyğun gəlib. Əməliyyatın uğurlu olmasına baxmyaraq Jerome Hamone xəstəxanadan buraxılmayıb və ona ayrılmış xüsusi otaqda yaşayır.

Jerome Hamon 2 dəfə üz köçürülən və əməliyyat nəticəsində 20 yaş cavanlaşan pasiyent olaraq tarixə düşüb.


Müəllif: Ruslan