23 May 2018 20:08
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın sabiq lideri Səddam Hüseynin qızılla işlənmiş yaxtası otel olacaq.

Teleqraf.com xəbər verir ki, 17 otaqlı “Basrah Breeze” (Bəsrə mehi) yaxtası 82 metr uzunluğundadır.

Super yaxta otel kimi Bəsrə körfəzində xidmət göstərəcək.

1981-ci ildə xüsusi olaraq hazırlanmış yaxtaya Səddam heç vaxt minməyib.

Yaxtada xidmətçilər üçün isə 18 otaq və bir tibb mərkəzi var.


Müəllif: Ruslan