29 May 2018 21:16
2 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndoneziyanın qurucu lideri Əhməd Sukarno gecələr tək yatmaqdan qorxurmuş.

Teleqraf.com xəbər verir ki, qurucu prezident fərqli bir siyasətçi olub, diplomatik sıxıntılar yaradacaq bəzi hərəkətləri ilə də yadda qalıb.

Hərbçi olan Əhməd Sukarno ölkəsini 16 il dəmir yumruqla idarə edib, anti-kommunist ad çıxarıb və tez-tez kommunist ovlamaqla tarixə düşüb. Eyni zamanda öz dövründə bir çox dövlətlərin liderləri ilə dostluq əlaqəsi yarada bilib.

Məhz belə dostluq əlaqələri səbəbindən Sukarno 1959-cu ilin aprel ayında Türkiyəyə səfər edib. Əvvəl İstanbulda bir neçə gün qalıb, daha sonra isə Ankaraya gəlib. Ankarada prezident Cəlal Bayarın xüsusi qonağı statusunda istirahət edib. Onun və heyəti üçün otelin iki mərtəbəsi ayrılıb.

İndoneziya prezidenti gecələr əsla tək yatmazmış, yanında mütləq gözəl bir xanım olmalıymış. Sukarnonun bu vərdişi rəsmi təmsilçilər tərəfindən Türkiyə tərəfinə açıq deyilir... İstanbulda qaldığı zaman İndoneziya liderinin istəyi yerinə yetirilir. Bu xəbəri Ankarada jurnalistlər əldə edə bilir. Jurnalistlərə bu mövzuda Ankaranın ən məşhur rəqqası danışır.

Adı açıqlanmayan rəqqasdan dərhal yatağa girmək tələb olunur. Rəqqas isə təcili xəstəxanada yatmaq və müalicə almaq bəhanəsi ilə Sukarnonun yatağından canını qurtarmaq haqqında düşünür. Məşhur rəqqas dərhal xəstəxanada yatırılır, müayinələr başlanır.

Xəstəxanada olduğu üçün o, gözlənilən xidməti yerinə yetirmək imtina edir. Sukarnoya xidmət göstərən heyət isə bu vəziyyəti arzu etməsə də, yuxarılara məlumat çatdırır. Beləcə gecələr tək yatmaqdan qorxan prezident Ankarada gecəni təkbaşına keçirmək məcburiyyətində qalır.

Növbəti gün Türkiyə prezidenti və xarici işlər naziri İndoneziya liderini Varşavaya yola salır. Beləcə Əhməd Sukarno üçün Türkiyədə “milli xidmət” yerinə yetirilməmiş qalır.


Müəllif: Cavad