30 May 2018 00:39
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da təqaüdə çıxan ingilis dili müəllimi Ağ Evdən ona göndərilən məktublardakı səhvləri işarələyərək geri göndərib.

Teleqraf.com xəbər verir ki, Atlanta şəhərində yaşayan 61 yaşlı Yvonne Mason CNN kanalına açıqlamasında Floridada 17 şagirdinin silahlı hücum zamanı öldürülməsilə əlaqədar prezident Donald Trampla görüşmək üçün Ağ Evə məktubla müraciət etdiyini bildirib.

Bir müddət sonra Masona rədd məktubu gəlib. O, cavab məktublarındakı səhvləri işarələyərək yenidən Ağ Evə göndərib.

Müəllim məktubun sol küncündə "Bunu redaktə etdinizmi?", sonunda isə "Aman Tanrım, bu yanlış" qeydini yazan Mason, qrammatikaya, xüsusilə də, Ağ Evdə riayət edilməsinin önəmli olduğunu bildirib.

"Əgər bu məktub orta məktəbdə yazılsaydı "C", liseydə yazılsaydı "D" verərdim", deyə müəllim bildiribş

Masonun Feysbukda paylaşdığı səhv dolu məktub öncə sosial mediada, daha sonra aparıcı media qurumlarında işıqlandırılıb.


Müəllif: Teleqraf.com