Hindistanda dünyanın ikinci ən qədim daşı tapılıb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan, Çin və Malayziyadan olan geoloqlar tərəfindən 8 il əvvəl Odişa ştatında kəşf edilən daşın 4 milyard 240 milyon yaşının olduğu məlum olub.
Malayziyalı geoloq Rajat Mazumder daşın üzərinə 8 ildir araşdırma apardıqlarını bildirib: “İndi məlum olur ki, daşın 4 milyarddan çox yaşı var. Bu, dünyada indiyədək kəşf edilən ikinci ən qədim daşdır. Bu nadir tapıntı bizə həm də dünyanın necə yaranması haqda ip ucları verir”.
Qeyd edək ki, dünyanın ən qədim daşı Avstraliyanın Cek Hill şəhərindədir. Daşın 4 milyard 400 milyon yaşı var.