2 İyun 2018 08:02
2 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın məşhur “Porşe” şirkəti Avropada yeni avtomobillərin satışını dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” qəzeti yazıb.

İdman avtomobillərinin istehsalçısı olan “Porşe” bir neçə modelinin satışını dayandırıb. Buna ekoloji normaların sərtləşdirilməsi səbəb olub.

Şirkətin satış mərkəzlərində yeni “Cayenne” və “Panamera” modellərini əldə etmək üçün 2019-cu ilin martına kimi gözləmək lazım gələcək.

“Röyters”in məlumatına görə, komapniyanın Ştutqartdakı nümayəndəsi satışların tam olaraq məhdudlaşdırılmadığını bildirib.


Müəllif: Ruslan