Alimlər insan beynində “sehrli qabiliyyət”ə cavabdeh olan zona tapıblar.
Teleqraf.com xəbər verir ki, belə bir məlumatla Yel Universitetinin mütəxəssisləri çıxış ediblər.
Tədqiqatlarda 27 insan iştirak edib. Onlardan real həyatda baş vermiş hansısa mistik hadisəni xatırlamaq istənilib. Sınaqlar zamanı alimlər MRT aparatından istifadə ediblər.
Mütəxəssislər MRT şəkillərinin təhlilindən sonar əmgək qabığında fəallıq müşahidə ediblər. Bu sahə üzrə tədqiqatların davam etdirləcəyi, daha çox insan üzərində sınaq aparılacağı vurğulanıb.
Yeni məlumatların insanın psixi sağlamlığını müəyyən edən nevroloji mexanizmləri daha yaxşı anlamağa imkan verəcəyi bildirilib.