13 İyun 2018 00:59
2 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəş daim müxtəlif peyklər vasitəsi ilə izlənilir. Günəşdə baş verən bütün hadisə və proseslər qeydə alınır.

Teleqraf.com xəbər verir ki, artıq alimlər ən böyük ulduzda baş verənləri real zamanda analiz edə bilirlər.

Mütəxəssislər bütün müddət ərzində dəfələrlə Günəşin plazmasından yanacaq kimi istifadə edən yadplanetli gəmiləri qeydə alıblar.

Bir müddət öncə isə alimlər nəhəng uçan naməlum obyekt (UNO) müşahidə ediblər. Həmin kosmik gəminin Günəşdən çıxmasını SOHO və SDO peykləri qeydə alıb. Sözügedən UNO-nun Yerdən təqribən 100 dəfə böyük olduğu bildirilir.

Ekspertlərin fikrincə, yadplanetlilər Günəşdən digər məkana keçmək üçün portal kimi istifadə edə bilərlər.


Müəllif: Ruslan

Oxşar xəbərlər