14 İyun 2018 01:28
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Konstitusiya Məhkəməsi vətəndaşın gecə saatlarında yaşadığı məhəllədə "ramazan davulu" çalınmasına etiraz olaraq verdiyi şikayəti rədd edib.

Teleqraf.com xəbər verir ki, 2008-ci ildən bəri davam edən məhkəmə prosesi ötən gün vətəndaşın əleyhinə çıxarılan qərarların təsdiqlənməsilə başa çatıb.

Şikayətçi "ramazan davulu"nun bəlli bir müsəlman təriqətinin adəti olduğunu, amma bu adətdən qeyri-müsəlmanların rahatsız olduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdi.

Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşmayan vətəndaş Ali Məhkəməyə üz tutacağını bəyan edib.


Müəllif: Ruslan

Oxşar xəbərlər