18 İyun 2018 23:57
1 650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər bir həftə öncə Mars planetinin səthindəki dağları əks etdirən maraqlı foto əldə ediblər. “Mars Reconnasissance Orbiter” kosmik aparatının çəkdiyi şəkildə nəhəng obyektin planetin səthinə dəyməsi nəticəsində baş vermiş partlayışın izləri görünür.

Teleqraf.com xəbər verir ki, bu barədə NASA-nın əməkdaşı məlumat yayıb. Eyni hadisənin təxminən 10 il əvvəl də baş verdiyi deyilir.

Hazırda ekspertlər meteoridin təxmini ölçüsünü və digər nüansları müəyyən etməyə çalışırlar.


Müəllif: Ruslan