Yəmənin cənubunda yerləşən Davan Vadi adlanan ərazi maraqlı arxitekturası ilə ziyarətçiləri heyran qoyan bir məkandır.
Teleqraf.com xəbər verir ki, yəmənlilərin “Quş” adlandırdıqları bu ərazidə evlər vadidən 150 metr yüksəklikdə inşa edilib.
Yəmənin cənubunda yerləşən bu kənd memarlıq və mədəniyyət ocağı olaraq yaddaşlarda qalıb. Evlərini tərk etmək istəyənlər belə böyük süxurlarda kənd qurublar. Bu evlərin ən əhəmiyyətli xüsusiyyəti yağışdan zərər görməmələridir.
Çox çətin şərtlər altında salınan bu kənd 150 metrlik bir təpə üzərində qurulub.