19 İyun 2018 20:33
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-Cersi ştatında polis yanan avtombildən qadını çıxarması ilə diqqət çəkib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, insident iyunun 17-də baş verib. Qəzanın şahidi olan zabit Donald Karson qəhrəmanlıq göstərərək, yanan avtomobilə daxil olub və ehtiyatla yaralı qadını maşından çıxarıb. O, yaralını təhlükəsiz məsafəyə apardıqdan sonra avtomobil partlayıb.

Yaralı qadın xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatı üçün heç bir təhlükə olmadığını bildiriblər.


Müəllif: Ruslan