Avstriyada Kilauea vulkanının püskürməsi nəticəsində ətrafda yaşayan sakinlərin bəzisi milyonçu olublar.
Teleqraf.com xəbər verir ki, avstriyalı fermer də vulkanın milyonçu etdiyi şəxslərdəndir. O, 2004-cü ildə evinin yaxınlığındakı ərazidən metal dedektorla müəyyən edilməyən bir daş kəşf edib. Söhbət 5,5 kiloqram ağırlığında olan qızıl blokdan gedir.
Qiymətli daşın nədən ibarət olduğunu bilməyən avstriyalı əvvəl onu xatirə kimi saxlamaq qərarına gəlib. 14 ildən sonra isə daşın qiymətini öyrənmək məqsədilə mütəxəssislərə müraciət edib. Bu zaman bəlli olub ki, onun illərlə saxladığı daşın qiyməti 3 milyon dollardır. Bundan sonra fermer 1 dəqiqənin içində milyonçu statusu əldə edib.