15 İyul 2018 11:55
3 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki il gizli təqiblərdən sonra 190 müridi ilə birlikdə həbs edilmiş türkiyəli din alimi Adnan Oktarla bağlı daha bir fakt ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, barəsində 29 maddə üzrə cinayət işi açılmış Adnan Oktarın Türkiyənin məşhur iş adamı Cefi Kaminin qızını da öz qrupuna qatmaq istəyib.

Oktarın müridləri “Profilo Holding”in keçmiş başçısı Cefi Kaminin qızı Lara ilə o, 19 yaşında olarkən, əlaqə yaratmağa çalışıblar.

Bununla bağlı sirləri Laranın özü açıb:

“İndi “kedicik”lərə baxıb gülürük, amma 12 il əvvəl mən 19 yaşında olanda Adnan Oktarın müridləri məni ələ keçirmək üçün ciddi cəhdlər edirdilər. İllər sonra “kedicik”lərin üzləşdikləri vəziyyəti görüb şoka düşmüşəm. Halbuki 12 il əvvəl 5 dəqiqə geciksəydim, Adnan Oktarın müridləri məni oğurlamışdılar”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər