17 İyul 2018 08:44
2 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Massaçusest ştatının sakini bir gündə lotoreyada 9 qat qalib olub.

Teleqraf.com “The Boston Globe”a istinadla xəbər verir ki, 56 yaşlı Robert Lindstedt qəribə hislər yaşadığını və 9 lotoreya bileti almağa qərar verdiyini bildirib.

O, aldığı biletlərə 1, 7, 11, 26 və 30 rəqəmlərini yazıb. Səhər yuxundan durduqdan sonra qəzeti yoxlayan Robert qalib gəldiyini görüb.

26 ildir bu həvəsdən əl çəkməyən Robert qazandığı puldan 24 və 21 yaşlı oğlanlarının hərəsinə 100 min dollar verib. Yerdə qalan 700 minə isə ipoteka ödənişini edəcəyini bildirib.

Xoşbəxt qalib lotoreya oynamağa davam edəcəyini söyləyib.


Müəllif: Ruslan

Oxşar xəbərlər