17 İyul 2018 07:02
1 957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında səhnədə mahnı oxuyan Məcid əl-Muhandis adlı müğənninin üstünə qaçıb onu qucaqlayan qadın saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qadın pərəstişkar mühafizəçilərin diqqətindən yayınaraq Səudiyyə Ərəbistanın qərbindəki Taif şəhərində festivalda çıxış edən ifaçının üzərinə doğru qaçıb.

Dərhal mühafizəçilər qadına müdaxilə edərək polis bölməsinə aparıblar. Səudiyyə Ərəbistanının vətəndaşlığını daşıyan əslən iraqlı müğənni hadisədən sonra öz çıxışına davam edib.

Ərəb müğənnilərinin şahzadəsi adlanan Məcid əl-Muhandis hələ sözügedən olay barədə heç bir reaksiya verməyib.

Xatırladaq ki, qadınların ictimai tədbirlərdə iştirakına dair qadağa ötən il Məhəmməd bin Salmanın qərarı ilə ləğv edilmişdi. Məhəmməd bin Salmanın köklü islahatları nəticəsində qadınlara konsert və futbol matçlarında iştirak, eləcə də avtomobil sürməsinə icazə verilib.


Müəllif: Teleqraf.com