İnsanlar qorxudan Rusiyanın Qazaxıstanla sərhəddə yerləşən həbsxanasına yaxın düşmür. Buna səbəb burada saxlanılan məhkumların ölkənin ən qorxulu caniləri olmasıdır.
Teleqraf.com xəbər verir ki, adam əti yeyənlər və çoxsaylı qətl hadisəsi törədənlərlə dolu olan həbsxanadakı şəxslər ümumilikdə 3500 nəfərin ölümündə günahkar bilinirlər.
Həbsxanada 700-ə qədər qatı cinayətkar saxlanılır.
Rusiya-Qazaxıstan sərhəddində yerləşən həbsxana “Qara Delfin” adlanır.
Həbsxanada saxlanılan Vladimir Nikolayev Boris Yelsin dönəmində deputat olub. Rus mafiyasına bağlı olduğu deyilən Nikolayev eyni zamanda bələdiyyə sədri olan zəngin iş adamı kimi yaddaşlarda qalıb. Ancaq sonradan onun adamyeyən olduğu ortaya çıxıb.
Nikolayev insan ətinin dadına elə alışıb ki, cəza çəkdiyi “Qara Delfin” həbsxanasında gözətçilərə, baxdığı hər kəsə potensial insan əti kimi yanaşır. Məhz bu səbəbdən də hər kəs ondan çəkinir.
Qatil həbsxanaya girdiyi zaman verilən yeməkdən imtina edərək “Mənə insan əti gətirin, səfehlər”,- deyərək gözətçiləri təhqir edib.
Məlumata görə, həbsxanada təhlükəsizlik tədbirləri o qədər yüksək səviyyədə təşkil olunub ki, burada məhkumlardan çox gözətçilərə rast gəlmək olar.