11 Avqust 2018 07:18
3 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Patent və Əmtəə Nişanları Bürosu "Əpl" şirkətinin "Ayfon" smartfonu vasitəsilə şəxsiyyətin identifikasiyası texnologiyası üçün müraciətini qeydə alıb.

Teleqraf.com xəbər verir ki, texnologiyanın smartfondan pasport əvəzinə istifadəyə imkan verəcəyi nəzərdə tutulur. İdeya mühafizəli saxlancdan şifrlənmiş istifadəçi məlumatlarının informasiyanı tələb edən orqana təqdim edilməsi üzərində qurulur.

Şirkət qurğudan informasiyanı radiotezlik identifikasiya texnologiyası – məsələn, əksər smartfonlarda istifadə edilən "NFC" vasitəsilə ötürməyi planlaşdırır. Mütəxəssislərin planına görə, məlumatların qanunsuz müdaxilələrdən mühafizəsini "Touch ID" və "Face ID" biometrik identifikasiya texnologiyaları təmin edəcək.

Konsepsiya geniş sahələri əhatə edə bilər: onu həm özəl şirkətlər (məsələn, əməkdaşlar üçün buraxılış sistemində), həm də dövlətlər (pasport yoxlanışında) tətbiq edə bilər.

"Əpl" şirkətinin hər həftə büroya çoxlu müraciətlər göndərməsinə baxmayaraq hazırlanan texnologiyaların cüzi hissəsi son məhsullarda tətbiq olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər