Dünyada elm, texnika sürətlə inkişaf etsə də, falçılıq və cadugərlik hələ də mövqeyini qoruyub saxlayır.
Teleqraf.com xarici KİV-ə istinadən dünyanın ən güclü yeddi cadugərinin tarixdə öz təsdiqini tapan proqnozları haqqında məlumatı dərc edir.
Şeytanın anası
Agnes Sampson XVI əsrin sonlarında İsveçrənin kəndində şəfaçı qismində işə başlayıb.
1589-cu ildə şahzadə evlənmək üçün gəmi ilə yola çıxıb. Agnes Sampson kraliçadan intiqam almaq üçün şahzadəni öldürmək qərarı verib. Sampson gəmi dənizə çıxmazdan əvvəl şahzadənin evlənəcəyi qadın haqqında kraliçaya yalan məlumatlar verir. Bildirir ki, qadın və qohumları cadügərdir və gəmini fırtınaya salmaq istəyirlər. Bir müddət sonra öz otağına çəkilən cadugər dənizdə böyük fırtına törədir. Fırtına az qala gəmini batıracaqdı. Şahzadə geri qayıdaraq kraliçaya baş verənləri nəql edir. Bundan sonra şahzadənin evlənəcəyi xanım və onun qohumları İsveçrəyə gətirilir. Kraliçanın əmri ilə ilk dəfə cadugərə məhkəmə qurulur və şahzadənin sevdiyi qızla onun qohumları cadugər elan edilərək diri-diri yandırılır. Bundan sonra Agnes Sampsonun caduları sayəsində 70 nəfər adam cadugərlikdə günahlandırılaraq yandırılıb.
Sampson özü isə cadugərlik fəaliyyətinə görə həbs edilib və ağır işgəncələrə məruz qaldıqdan sonra bütün cinayətlərini etiraf edib. Həbsxanada onun gözətçiləri, habelə ziyarətinə gələn 3 rahib və bir qadın onu "Şeytanın anası" adlandırıblar. Agnes Sampsonu həbsxanada ziyarət edənlər onu mühafizə edənlər də daxil olmaqla (cəmi 12 nəfər) Kopenhagen yaxınlığında yandırılıb.
Qara cadugər
Alice Kyteler dünyanın ən məşhur cadugəri olmaqla yanaşı İrlandiyanın ilk cadugəri kimi tarixə düşüb.
4 dəfə evlənən cadugərlə ailə quran kişilərin hər biri varlı olub və hər biri də müəmmalı şəkildə ölüb. Beləcə zənginlik içində yaşayan Alice Kyteler həm də böyük sələmçi olub. Xalq isə Kyteler haqqında danışarkən “ərlərini zəhərləyib şeytana qurban edən” qadın fikrini işlədib. Onun evində axtarış aparan zaman fərqli şüşə qablarda olan tozlar və ölü heyvan cəmdəkləri aşkarlanıb. Həbs edilən cadugər məhkəmədə günahkar elan edilib. Ertəsi gün odda yandırmaq üçün onu həbsxanadan aparmağa gəldikdə məlum olub ki, cadugər saxlandığı yerdə yoxdur. Bundan sonra heç vaxt onun izinə rast gəlinməyib. Xalqın israrlı təkidindən sonra onun xidmətçisi həbs edilib və onun əvəzinə yandırılıb.
Məhkəmə cadugəri İsa və kilsəni inkar etməkdə, gecələr kilsədə cadular etməkdə, xristianları nəzarət altına almaq üçün sehrli işlər görməkdə və ərlərini öldürməkdə günahkar bilib.
Yüksək cadugər rütbəsi alan tək insan
Mariya Laveau yüksək cadugər rütbəsi alan tək şəxsdir. Mariya çoxlu insanı bir araya gətirə bilən, zehinlərə təsir edən, ölülərlə danışa bilən cadugər kimi xatırlanır. 1874-cü ildə öldükdə 12 mindən çox insan onun dəfn mərasiminə qatılıb. Yaşadığı dövrdə cadugərlikdə ittiham olunmayıb.
Cadugərlərin uşağı
Şipton ayaqları bükük, başı yekə, yanaqları batıq şəkildə doğulub. Xalq bu səbəbdən ona “cadugərlərin uşagı” adını qoyub. 9 yaşında qeyri-adiliyi üzə çıxıb. İnsanlardan qaçaraq İngiltərənin Yorkshire kəndində yerləşən Şipton mağarada yaşayıb. Ən güclü kahinlərdən biri kimi qəbul edilib. 30 il ərzində verdiyi proqnozların hamısı təsdiqini tapıb. Gözəl qəlbli kahin kimi tanınıb və cinayəti olmayıb.
Katerina Monvoisin
Fransız zərgərin xanımı olub. Uşaqlığında bir çox qeyri-adi hadisələr onu məşhurlaşdırıb. Əri iflas etdikdən sonra zəhər və abort üçün dərmanlar hazırlayıb. Daha sonra insanların gələcəyi haqqında məlumatlar verməyə başlayıb. Onun ziyarətinə gələnlər arasında şahzadələr, dövrün məşhur şəxsləri, zadəganlar olub. 1680-cı ildə qızı ilə birlikdə cadugərlik ittihamı ilə saxlanılıb və yandırılıb. Anasının ölümündən sonra qızı onun işlərini davam etdirib, bir neçə sui-qəsd cəhdinin qarşısını alıb, bir neçə gizli sənədi şəxsən kralın özünə verib. Katerinanın günahı 2000-2500 nəfəri öldürmək olub.
Maret Jonsdotter
Gerturd Svendsdotter adında qızın su üzərində gəzdiyini görənlər dərhal bu haqda baş rahibə məlumat veriblər. Rahib uzun müzakirələrdən sonra qızın ailəsi ilə görüşüb. Və görüş zamanı Gerturd Svendsdotterla söhbət edilib. Rahib suallarına cavabın fərqli yerdən verildiyini sezir.
Daha detallı araşdırma apardıqdan sonra evin xadiməçisini şeytanın əlinə keçdiyi və onun əsl adının Maret Jonsdotter olduğu müəyyən edilir. Rahib qıza inanmaq üçün onunla birlikdə su üzərində gəzmək təklifini edib və birlikdə bunu ediblər. Rahib daha sonra cadu məhkəməsinin qurulmasını tələb edir. Məhkəmə qurulur, lakin edam üçün yetərli dəlillər əldə olunmur. Sonrakı məhkəmə Maret Jonsdotterin yandırılması haqda qərar çıxarır. Cinayəti şeytanla əməkdaşlıq etməsi olur. Dövrün şahidlərinin yazdıqlarına görə, qızın özəlliyi gözlə görünməyən canlılarla əlaqəyə girə bilməsi olub.
Angela Barthe
Tarixdə ən güclü sehrbazlardan biri. Onun şeytanla əlaqəyə girdiyi, ondan bir uşaq doğduğu deyilir. Bu uşağın qurd başına məxsus ilan quyruqlu canavar olduğu iddia olunur. Mifə görə, uşağı qida ilə təmin etmək üçün körpə məzarlarını qazaraq meyitləri uşağına yedizdirib. Fransanın Tuluza şəhəri yaxınlığında yandırılıb. Günahı şeytanla əlaqəyə girərək onu həyatda saxlamaq olub.