21 Avqust 2018 07:18
4 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı zəvvarların istirahət etmələri üçün “Yataq otağı” layihəsi gerçəkləşdirəcək.

Teleqraf.com xəbər verir ki, 3 metr uzunluğu və 1 metr hündürlüyü olan, içərisinə xalça sərilmiş işıqlı otaqlarda zəvvarla 3 saat pulsuz istirahət edə biləcəklər.

İlkin mərhələdə cəmi 20 ədəd yataq otağı zəvvarların ixtiyarına veriləcək. Özünü doğruldacağı təqdirdə layihə yaxın gələcəkdə genişləndiriləcək.

Səudiyyə hökuməti “Yataq otağı” üçün Yaponiya şirkətlərinə yeni sifarişlər verəcək Hər bir “Yataq otağı”nın qiyməti 1114 dollara başa gələcək.


Müəllif: Teleqraf.com