İspaniyada ənənəvi "La tomatina" adlı pomidor festivalı başlayıb.
Teleqraf.com xəbər verir ki, Bunyol şəhərində keçirilən pomidor döyüşünə dünyanın dörd bir yanından 22 min turist qatılıb.
Küçəyə 145 tondan çox pomidor səpələnib. Döyüş atəş səsindən sonra başlayıb və 1 saat davam edib. 60 dəqiqə içində şəhər qırmızı rəngə boyanıb.
İştirakçılar gözlərinə xüsusi eynək taxır. Festivalın keçirildiyi əraziyə butulka və digər əşyalar keçirmək qadağan olunur. Festival hər il avqustun sonuncu çərşənbə günü keçirilir.
Qeyd edək ki, "Pomidor döyüşləri" kimi tanınan festival 1945-ci ildən bu yana keçirilir. İdeyası uşaqlar arasında olan pomidor döyüşündən sonra yaranıb.