6 Sentyabr 2018 11:26
3 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Respublikasında arpanın bahalaşmasına etiraz olaraq heyvandarlar birliyi paytaxt Lefkoşada etiraz aksiyası keçirib.

Teleqraf.com xəbər verir ki, etirazçılar aksiya zamanı yüzlərlə traktor və eşşəklə Kənd Təsərrüfatı Nazirliyinin həyətinə daxil olub.

Onlar hökumətdən əlavə dəstək tələb ediblər. Aksiyaçıları qarşılayan nazir Erkut Şahəli dolların qiymətini qalxdığını səbəb göstərərək təsərrüfatçıları sakit olmağa dəvət edib.

Nazir deyib: “Mənim istefam dolların məzənnəsini aşağı salarsa, dərhal vəzifədən uzaqlaşım”.

Müzakirələr nəticəsiz bitib. Aksiya iştirakçıları gələn həftə etirazları davam etdirməyi planlaşdırır.


Müəllif: Cavad

Oxşar xəbərlər