10 Sentyabr 2018 15:06
2 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistanda mollalar məsciddən topladıqları pulla kommunist lider Vladimir Leninin heykəlini bərpa ediblər.

Teleqraf.com xəbər verir ki, onlar Şaruz şəhər şurasına Leninin heykəlini bərpa etmək istəyini bildiriblər.

Nəticədə məsciddən toplanmış ianə hesabına Leninin heykəli bərpa edilib.

Xatırladaq ki, Rusiyada bolşevik inqilabının lideri və sovet hökumətinin banisi olan Vladimir Lenin eyni zamanda ateizmin müdafiəçisi kimi də tanınıb.

Leninin Şaruz şəhərinin mərkəzində yerləşən heykəli iki il öncə naməlum insanlar tərəfindən sökülüb. Hücum zamanı əli qırılan heykələ yenidən əl hazırlanıb və heykəl qızılı rəngə boyanıb.

Yerli mətbuata məlumat verən bir molla bərpa xərcləri açıqlamasa da, hər məscidin həftədə 100 dollar ianə topladığını bildirib.


Müəllif: Aytən Yusifova