18 Sentyabr 2018 00:45
2 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranın Liman şəhər sakini 13 yaşlı İsmayıl İsmayılzadənin hələ uşaq yaşlarından bu texnikaya xususi marağı olub.

Artıq 4 ildən çoxdur ki, əkin sahələrində istifadə etdikləri traktorun sükanı arxasında əyləşir. Hazırda atasına aid olan traktoru qonşuları Ramil Əliyev idarə edir. Balaca İsmayıl da qonşusu ilə birgə texnikanın sirlərini öyrənir.

İsmayıl təkcə sürməyi deyil, traktorla sahədə görülən digər işləri də ustalıqla bacarır. O, sərbəst şəkildə əkin yerlərini şumlayır, bıcılmış otları dırmıqlayır.

İş görən vaxtı əgər texnikada nasazlıq yaranarsa, heç kəsə ağız açmır. Çünki Ismayıl özü problemi aradan qaldıra bilir.

Bütün bu bacarıqlarına rəğmən, o, təhlükəsizlik qaydalarına mümkün qədər riayət etməyə çalışır. İsmayıl avtomobil yollarına çıxmamağa çalışır və traktoru əsasən sahədə, digər nəqliyyat vasitələrinin və insanların az olduğu ərazidə idarə edir. 13 yaşlı İsmayılın arzusu isə gələcəkdə özünə müasir traktor almaq və peşəkar mexanik olmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər