Bu gün beynəlxalq “smaylik” günüdür.
Teleqraf.com xəbər verir ki, dünyada ilk “smaylik”i 1982-ci ilin 19 sentyabrında Karnegi-Melon Universitetinin professoru Skot Falman yaradıb.
Professor tarixdə ilk dəfə iki nöqtə, tire və mötərizə kimi hərfi işarələrdən istifadə edərək öz hislərini yazdığı şəxsə bildirib.
Daha sonra bu işarələr insanlar arasında sürətlə yayılıb.
Artıq 36 ildir ki, “smayliklər” insanlar arasında elektron yazışmanın ayrılmaz hissəsinə çevrilib.
Ekspertlər “smaylik”lərdən istifadə etməklə insanlar arasında ünsiyyətin daha səmimi və maraqlı olduğu faktını təsdiqləyirlər.
Hazırda dünyada 5 milyondan çox “smaylik” və hərfi işarə var. Onların sayı durmadan artır.