Əhalisinin sayı təxminən 87 min olan Hunzalar Pakistan və Hindistanın sərhədindəki Hunza vadisində yaşayırlar.
Bir çox maraqlı xüsusiyyətləri olan hunzalar elm adamlarının daim diqqətindədirlər. Hunza türklərinin orta ömür müddəti 110-120 il arasında dəyişir. Müsəlman olan bu xalq üçün orta yaş dövrü 65 sayılır. Hətta qadınlar 65-70 yaşında belə ana ola bilirlər. Burada 100 yaşında dünyasını dəyişən haqqında təxminən "rəhmətlik cavan öldü" ifadəsi işlədilir. Hunza türklərinin digər maraqlı xüsusiyyəti isə onlarda xərçəng xəstəliyinə heç vaxt rast gəlinməməsidir. Bu türklərdə eyni zamanda, indiyə qədər digər xəstəliklər də müşahidə olunmayıb. Buna səbəb kimi onların dənizdən 6 min metr hündürlükdə, bol oksigen olan bir bölgədə məskunlaşmaları göstərilir. Elm adamları hesab edirlər ki, hunzaların buz kimi su içib, öz əkdikləri məhsullardan yemələri onların sağlam qalmasını təmin edir. Hunza türklərinin ət və ədviyyatlı yeməkləri olduqca məşhurdur.
Burada bol və dadlı ərik yetişir. Əriyi həm də qurudaraq qış üçün tədarük görürlər. Bir neçə il öncyə qədər burada puldan istifadə olunmayıb. İnsanların imkanı bağlarındakı ağacların sayı ilə ölçülüb.
Qeyd edək ki, Hunza vadisində yaşayan bu xalq Çinin ərazisində yerləşən Şərqi Türkistanla qonşudur. Özlərini “hunzakut” adlandıran bu türklər buruşo dilində danışdıqları üçün onlara bruşolar da deyilir. Hunza buruşo dilində ox mənasını verir. Buruşo dilini Qafqaz mənşəli dillərlərdən olduğu bildirilir. Hunzalar 9 yüz ildən artıq bir müddətdə müstəqil şəkildə yaşayıblar. Onlar türk adətlərinə uyğun olaraq “mir” adlandırdıqları rəislərin və onlara məsləhət verən 12 nəfərlik ağsaqqallar heyəti vasitəsilə idarə edilib. Hunzaların müstəqilliyi 1870-ci ilə, ingilis əsgərlərinin hücumuna qədər davam edib. İngilislər getdikdən sonra yenidən müstəqilliklərini bərpa edə biliblər. Lakin hunzalar 1974-cü ildə tamamilə Pakistan qanunlarına tabe olublar.