22 Sentyabr 2018 15:47
2 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “dünya avtomobilsizlik günü”dür.

Teleqraf.com xəbər verir ki, hər il 22 sentyabr dünyanın bir çox ölkəsində avtomobillərdən istifadə məhdudlaşdırılır.

Bu, əhali arasında piyada, velosiped və ya ictimai nəqliyyatla hərəkəti daha da artırmaq məqsədi güdür.

Dünyanın bir çox yerlərində bu gün yürüşlər keçiriləcək.

Qeyd edək ki, rəsmi statistikaya əsasən avtomobillər hər gün 3 minə yaxın insanın həyatına son qoyur.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər