ABŞ-da ağcaqanadlar oğrunu polisə təslim olamağa məcbur edib.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, ABŞ-ın Kempbellsport yaşayış məntəqəsində oğru ağcaqanadların sancmasına tab gətirməyib və polisə təslim olub.
O, marketdən spirtli içki və ərzaq oğurlayaraq maşında gizlənməyə cəhd edib. Bu zaman polis onu təqib etmək üçün heyət göndərib. Yolda o, maşından çıxaraq, qarğıdalı tarlasında gizlənmək istəyib.
Buna baxmayaraq, oradan gizlənmək oğruya müyəssər olmayıb. Qarğıdalı tarlasında gizlənrkən, çoxlu ağcaqanad oğrunu sancmağa başlayıb. Nəhayət, kişi buna dözməyib və polisə təslim olub.
Ştat polisinin veridiyi məlumata əsasən, saxlanılan şəxs son bir ay ərzində onlarla marketi soyub. Onun sahibkarlara vurduğunu ziyan 1.400 dollar dəyərində müəyyən edilib.