30 Sentyabr 2018 13:29
1 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda inşa edilən dünyanın ən böyük hava limanı səmadan görüntülənib.

Teleqraf.com xəbər verir ki, yeni hava limanının bu ilin sonuna qədər hazır olacağı gözlənilir.

İstanbul 3-cü hava limanının uzunluğunun 100 kilometr olduğu haqda bilgilər də mövcuddur.

Havadan çəkilən son fotoda dünyanın ən böyük hava limanı statusunu alacaq İstanbul hava limanının Hava Nəqliyyatı Nəzarət Qülləsi aydın görünüb.

Qeyd edək ki, 12 mərtəbədən ibarət olan qüllənin hündürlüyü 90 metrdir.


Müəllif: Cavad