Dubayda ticarət mərkəzlərində alıcıları özüyeriyən “ağıllı” arabalar müşayiət edəcək.
Teleqraf.com xəbər verir ki, “ağıllı” arabalar “Al Aweer”də yerləşən ticarət komplekslərinin birində təqdim olunacaq. Avtonom arabalar “öz alıcısını” müəyyən edə və onun ardınca getməyi bacaracaq, həmçinin alıcının iştirakı olmadan ərzaqlar avtomobilə daşınacaq.
Digər bir yenilik isə bələdiyyələrin ticarət mərkəzilərində quraşdırılmış planşetlər vasitəsilə meyvə-tərəvəzin keyfiyyətini yoxlaya bilməsilə bağlıdır. Bu cihazların köməyi ilə bələdiyyə müfəttişləri meyvə və tərəvəzlərin vəziyyətini uzaq məsafədən öyrənə və bu məlumatı ölkənin limanlarından keçən ərzaq məhsullarının məlumatları ilə əlaqələndirə biləcəklər.
Planşetdə ərzaq haqqında geniş məlumatlar öz əksini tapacaq.