3 Oktyabr 2018 20:50
1 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya parlamentində qeyri adi hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, parlamentdə çıxış edən deputatlardan biri zaldan qovulub.

Buna səbəb parlamentarinin ağzında öskürəyə qarşı dərmanın olmasıdı. Çıxışı zamanı deputatın ağzının köpükləndiyini sezən spiker ondan ağzında nə olduğunu soruşub. Bu zaman Yuka Oqato adlı millət vəkili öskürəyə qarşı dərman sovurduğunu və çıxışı zamanı öskürməmək üçün onu hələ də atmadığını qeyd edib.
Spiker isə deputatın parlamentin kodeksini pozmasını əsas gətirərək onu zaldan qovub.

Qeyd edək ki, Yapon parlamentinin daxili nizamnaməsinə əsasən parlament müqəddəs hesab olunur və iclas zalında yemək yemək və ya içki içmək qəti qadağan edilir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər