ABŞ Prezidenti Donald Trampın xanımı Milena Trampın bir həftəlik Afrika səfəri başlayıb.
Teleqraf.com xəbər verir ki, birinci xanım Qana, Malavi, Kenya və Misirdə olacaq.
Bu səfər xanım Tramp üçün özəlliyi ilə seçilir. ABŞ-ın birinci ledisi ilk dəfə təkbaşına xarici ölkələrə səfər edib.
Səfərə Qanadan başlayan Milena burada duyğusal anlar yaşayıb. Eyni zamanda birinci xanımın geyindiyi ayaqqabı dünyanın öndə gedən xəbər agentliklərinin baş yazısı olub.
Qanada o, XVII əsrdə minlərlə kölənin gəmilərə doldurularaq ABŞ-a göndərilməzdən öncə keçdiyi “Qayıdışı mümkün olmayan qapı”nı ziyarət edib və kədərini ifadə edib.
Araşdırma zamanı bəlli olub ki, ABŞ-ın birinci ledisinin ayaqqabısının qiyməti cəmi 50 dollardır.
ABŞ mediası adətən lüks və bahalı paltarlar, ayaqqabılar geyinən birinci xanımın bu seçimini təəccüblə qarşılayıb.