6 Oktyabr 2018 09:35
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyanın Leyden Universitetinin alimləri qalaktikada müşahidələr zamanı yad cisim aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, “Gaia” teleskopları ilə “Süd yolu”nu müşahidə edən alimlər orada hərəkətlənmə görüblər.

Belə ki, onlar cəld hərəkət edən bəzi işıltılı cisimlər aşkar ediblər. Görünüşcə ulduzlara bənzəyən bu cisimlər paralel hərəkət edərək olduqları yeri tərkib ediblər. Onların ulduz olmadığı müəyyən edilib. Digər ulduzlar uzun müddətdir yerlərini dəyişməsələr də, müəyyən fasilələrdən sonra hərəkət edirlər.

Alimlərin fikirincə, bu obyektlər başqa bir qalaktikadan gəliblər və bizim qalaktikaya aid deyillər.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər