12 Oktyabr 2018 07:02
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MarketVatch” təşkilatının ekspertləri dünyada ən təhlükəsiz smartfon kimi “iPhone” modelini seçiblər.

Teleqraf.com İCTnyus-a istinadən xəbər verir ki, mütəxəssis Cessika Orteqanın sözlərinə görə, “Apple” şirkəti qurğuların kənar təsirlərdən mühafizəsi məsələsinə ciddi yanaşır və boşluqları aradan qaldırmağa çalışır. “Android” əməliyyat sistemi isə reklam şirkətləri üçün qurğuların məlumatlarını toplayaraq onları “Google” şirkətinin serverlərinə göndərir.

“iPhone” modelinin təhlükəsizliyinə baxmayaraq ekspert David Qinzburq smartfonun aktivliyinin hər istifadəçi tərəfindən müstəqil şəkildə idarə olunmasını vacib hesab edir. Bu onunla əlaqədardır ki, hətta ən etibarlı qurğunun quraşdırılmış mühafizə sistemi istifadəçini mənfi nəticələrdən tam qoruya bilmir. O qeyd edib ki, smartfonun mühafizəsi bütün istifadəçilərin fərdi təhlükəsizlik amillərindəndir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər