Çində şirkətlərdən birinin rəhbəri aylıq dövriyyə hədəfinə çatmayan 30 işçisini alt paltarı ilə küçədə qaçmağa məcbur edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, küçədə yarıçılpaq qaçan insanları görən vətəndaşlar təəccüblərini gizlədə bilməyiblər. Görüntülərin internetdə yayılmasından sonra mediada şirkət rəhbərinin zəif işləyən əməkdaşları hər kəsin yanında biabır etmək üçün bu addımı atdığı qeyd olunub.
Küçədə alt paltarı ilə qaçan şirkət əməkdaşlarından biri bu cəzadan çox məmnun qaldığını bildirib.
Eyni şirkətdə çalışan digər əməkdaş isə zəif işləyən və işə gecikənlərin maaşlarının kəsildiyini deyib.