Xaçmaz rayonu, Çaykənarı kəndinin sakini rəssam Qərib Aşkari evini muzeyə çevirib.
Teleqraf.com xəbər verir ki, o, zibilliyə atılan kafel və şüşə qırıntılarından istifadə edərək mozaik panolar hazırlayıb. Evin boş olan bütün divarlarına Azərbaycanın tarixi şəxsiyyətlərin fotolarını həkk edib.
Sakinlər buranı "Muzey ev" adlandırırlar. Bunun səbəbi isə evin divarlarının və həyətinin başdan-başa Azərbaycanın müxtəlif dövlərdə yaşayan tarixi şəxsiyyətlərinin fotoları ilə bəzədilməsidir.
Qərib Aşkari, ilk işini 45 il əvvəl dahi şəxsiyyət Nizami Gəncəvi ilə başlayıb. 68 yaşı olmasına baxmayaraq hələ də mozaik panolar hazırlayır.
Rəssam, hazırda "Sirlər daşı" adlanan kompozisiyasının üzərində çalışır. Bu əsərlərin ortaya çıxmasında o, zibilliyə atılan kafel və şüşə qırıntılarından, eləcə də heç kimə lazım olmayan materiallardan istifadə edir.
Qərib Aşkari öz həyətində 100-dən çox sənət əsəri yaradıb. Bu evə nəinki rayondan, eləcə də digər bölgələrdən gələn insanlar da maraq göstərirlər.