12 Noyabr 2018 20:40
1 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

1920-ci ildə komaya düşən Paul Dineac bir il sonra ayılıb.

Teleqraf.com xəbər verir ki, komada qaldığı bir il müddətində 3906-ci ilə getdiyini qeyd edən Paul Dineac özünün gündəliyində maraqlı məlumatlar yazıb. Özü heç vaxt 3906-cı ilə getdiyini iddia etməyib. Onun ölümündən sonra gündəliyini oxuyanlar heyrətə gəlib.

Komadan ayıldıqdan sonra 3906-cı ildəki bir adamın bədənində yenidən həyat tapdığını ifadə edib. Paul beynində olanları danışmaq istəsə də, "sən dəli olmusan" ittihamı ilə qarşılaşmamq üçün susub və ancaq gündəliyində qeydlər aparıb. O, alman dilində müəllimlik etmək məqsədilə Yunanıstana gedib və burada vərəm xəstəliyinə tutulub. Təkrar ölkəsinə qayıtdığı zaman sağlıq durumu daha da pisləşib. Gündəliyini də özünə çox yaxın birlidiyi tələbəsinə verib.

Tələbəsi ilkin dövrdə gündəlikdə qeyd edilənləri Paulun roman yazması kimi qəbul edib, ancaq oxuduqca onun yazdıqlarını gerçək həyatda yaşadığını anlayıb və buna görə, təəccüblənib.

Paul gündəliyində 3906-cı ildə yaşayan Andre Northman adlı şəxsin vücudunda həyat tapdığını qeyd edib. 3906-cı ildə yaşayan Andre Northmanın qəza keçirərək komaya düşüb.

Sonradan komadan ayılan Northman o dövr üçün anlaşılmayan bir dildə (XX əsr almancasında) danışıb, ailə üzvləri və dostlarını tanımayıb. Paulun gündəliyində yazılanlara görə, 3906-cı ildə yaşayan insanlar o dövrün anlayışı ilə Northmanın bədəninə başqa bir ruhun və ya gücün təsir etdiyini anlaya biliblər. Hətta bu vəziyyətdən faydalanaraq Pauldan XX əsr dünyası və almancası haqqında məlumat əldə etməyə çalışıblar. Bu zaman Paul da dünyanın 3906-ilinə qədər olan gələcəyi haqqında bilgilər əldə etdiyini iddia edib.

Paul Dineacin 3906-cı illə bağlı informasiyaları arasında ən maraqlısı Homo Occidentallis Novus adlı yeni bir insan irqinin ortaya çıxması iddiasıdır.

“2000-2300 illərdə insanlar hələ də demoqrafiya problemi, ekoloji və ətraf mühit, gəlirlərin ədalətsizliyi kimi mövzulara məşğul olacaq. Onun qeydlərinə görə, 2204-cü ildə Marsa 20 milyon insan yaşayacaq. Ancaq 2265-ci ildə kütləvi fəlakət Marsadakı insanları məhv edəcək. İnsanlar bu hadisədən sonra Marsda yaşamaq niyyətindən vaz keçəcək. 2309-cu ildə yığılan və həll edilməyən problemlərlə dünya başqa bir fəlakətə şahidik edəcək və qlobal savaş olacaq.

3382-ci ildə insanlıq fövqəladə bir olaya şahidlik edəcək. İnsanlar yeni mistik güc olaraq qiymətləndirə biləcəyimiz istedada sahib olacaq. İnsanlar bir-birini daha sürətli və asan anlayacaq.

3400-4000-cü illərdə isə insanlar “Qızıl dövr” adlandırılan mərhələyə daxil olacaq. Bu dövrdə insanlar intutiv məlumatlar əldə edə biləcəklər. Bu qızıl dövrdə idarəçilərə ehtiyac olmadan yaşamaq mümkün olacaq. Ancaq yenə də demoqrafik bölgələrin liderləri olacaq. Bu liderlər elm, fəlsəfə və mühəndislik sahəsində özünü təsdiq edən insanlar arasından seçiləcək”,- Paul Dineacin qeydlərində bildirilir.


Müəllif: Cavad